“Sən xəstə işçini qovmusan” – “Maşın” şouda gərginlik

    3

    "Maşın" realiti-şousunun ötən gün baş tutan buraxılışında aparıcı İlhamə Bədəlova hədəf olub.

    Hurriyyet.org axşam.az-a istinadən xəbər verir ki, bloqqer Hüseyn Əzizoğlu səs topladığı təqdirdə onu uzaqlaşdıracağını deyib. Yarışmada yer alan bir çox iştirakçı Hüseynin tərəfində olub və onun üçün səs istəyib. Bir çox tanınmışlar isə İlhamə ilə bağlı sosial şəbəkədə paylaşımlar edərək, ona dəstək istəyiblər.

    Şou zamanı Bədəlova ilə qalmaqal yaşayan müğənni Roza Zərgərli isə onun getməsinə səs istəyib. Roza İlhaməyə bir xəstə işçini işdən çıxardığını deyib və onu qınayıb:
    "Həkimlər and içirlər və insanlara şəfa gətirirlər. Azərbaycanda çox gözəl həkimlər var. Sən o proqramı, sadəcə, sima kimi aparırsan. O işi dərindən bilsəydin, ağır xəstə işçini qovmazdın. Qorxurdun ki, sən xəstələnərsən".

    Daha sonra İlhamə Bədəlova Rozanın ittihamına cavab vermək istəyib:

    "Roza, sən yanılırsan. Mən o işçini xəstə olduğu üçün qovmamışam".

    Prodüser Tarix Əliyev isə İnstaqram səhifəsində paylaşım edərək Rozanı qınayıb. O, "İlhamə, sən əsas dostların üçün ürəksən. Sabah elə Roza Zərgərlinin özünü çıxaracaqlar. Elə bilirlər qalacaqlar" sözlərini yazıb.