Səmədov həbsdə olan futbolçulara müraciət etdi: “Möhkəm olun”

    15

    Rusiyanın "Spartak" klubunun yarımmüdafiəçisi Aleksandr Səmədov həbsdə saxlanılan futbolçular Aleksandr Kokorin və Pavel Mamayevə müraciət edib.

    Hurriyyet.org oxu.az-a istinadən xəbər verir ki, Səmədov tezliklə onların azadlığa çıxacaqlarına inandığını bildirib.

    "Uşaqlar, möhkəm olun. Əminəm ki, hər şey yaxşı olacaq və siz tezliklə bizimlə olacaqsınız. Uğurlar sizə uşaqlar", – futbolçu Birinci kanalın "Canlı yayım" verilişində deyib.

    Qeyd edək ki, dekabrın 5-da Moskvanın Tver rayon məhkəməsi istintaqın vəsatətini təmin edərək A.Kokorin və P. Mamayevin həbs müddətinin uzadılması haqqında qərar çıxarıb. Onlar 2019-cu ilin 9 fevral tarixinədək həbsdə qalacaq.