Səlim Müslümov və vəzifədə olan qohumları: bacanaqlar niyə eyni gündə işdən çıxarıldı?

    3

    Ağsu rayon Xətai küçəsində yaşayan Adil Aydın oğlu Oruclu Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya şikayət məktubu ünvanlayıb.

    Hurriyyet.org bildirir ki, surəti "Reytinq” qəzetinə göndərilən məktubda Adil Oruclu sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və onun qohum-əqrabalarının, daha dəqiq desək, rayonun icra başçısı olan dayısı Ənvər Seyidəliyevin başına açdığı oyun və digər maraqlı faktlardan söz açıb.

    İcra başçısı söz verdi, amma indi deyir ki…

    Şikayətçi yazır ki, Ənvər Seyidəliyev bacısı oğlu Səlim Müslümovun xeyir-duası ilə vaxtı ilə rayonda görüntü yaratmaq üçün Zərifə Əliyeva adına park tikdirib: "Həmin vaxtı mənim orada gözəl memarlıq üslubunda tikilmiş, ailəmin dolanışıq yeri olan kafemi sökdürdülər. Ənvər Seyidəliyev o vaxt mənə 80 min manat kompenasiya veriləcəyinə söz versə də, 6 ildir o pulu ala bilmirəm. Axırda mənə dedi ki, get pulunu Prezidentdən istə”.

    Image result for enver-seyideliyev

    Ənvər SEYİDƏLİYEV

    Şikayətçi Adil Oruclu icra başçısı Ənvər Seyidəliyev, sabiq nazir Səlim Müslümov, onun atası Yanvar Müslümov, həmçinin adıçəkilənlərin yaxın qohumlarının Ağsu və ölkənin müxtəlif bölgələrində tutduqları vəzifə və sahib olduqları haqda maraqlı faktlar açıqlayıb.

    Müslümov hara, Sarımsaq biznesi hara?

    Adil Oruclunun sözlərinə görə, Səlim Müslümov nazir işlədiyi dövrdə ancaq və ancaq xalqı ölkə rəhbərliyindən narazı salmaq yolunu seçib: "Təsadüfi deyil ki, bu gün təkcə Ağsuda onun doğulduğu kənddə elə bir adam yoxdur ki, sosial müavinət almasın. Hətta rayonda zarafata salıb deyirlər ki, Pirhəsənli kəndinin beşikdə olanlarına da yardım yazılıb.

    Çox maraqlıdr ki, Müslümov işdən azad olunan kimi, onun dövləti mühüm vəzifələrində çalışmaqla milyonlara sahib olan qohumları Ağsunu "ölü rayon”a çeviriblər. Özlərinə sərf edən görülən bütün işləri, hətta şəxsi bağça tikintisini də dayandırıblar.

    Image result for enver-seyideliyev

    Onu da deyim ki, Ağsuda Səlim Müslümovun 60 hektar, rayonumuzun icra başçısı, həm də bacanağı olan dayısı Ənvər Seyidəliyevin isə 20 hektar sarımsaq sahəsi də var. Pisi budur ki, onlar bu sahələrdə rayon camaatını qəpik-quruşa işlədirlər. İndisə iş elə gətirib ki, onların da zəhmət haqqını da vermirlər”.

    Sabiq nazir oğlunu hansı pulla Londonda oxutdurur?

    Hətta Səlim Müslümovun hələ də hər il üçün 70 min funt-strelinq ödədiyi kiçik oğlunun İngiltərədən ölkəyə qaytarmamaq planını həyata keçirdiyini deyənlər də var.

    Elə bu yerdə sual edirəm, cəmi 1700 manat maaş almış Müslümov bu qədər pulu haradan tapıb? Onun ölkədə və dünyadakı müxtəlif əmlakları hansı pulla alınıb?

    Siz təkcə Səlimin Pirhəsənlidəki villasını görsəniz, heyrətə gələrsiz. Təsəvvür edin ki, onun kənddəki iqamətgahında da yüksək təmtəraq, son model texnoloji avadanlıq və sistemlərlə təchiz olunmuş qəbul otağı, xidmətçiləri var…"

    Səlim Müslümov Türkiyədə!

    Ağsu sakini Müslümovun çətiri altında boy atan qohumlarını da siyahısını təqdim edib:

    "1. Səlim Müslümovun dayısı, həm də bacanağı Ənvər Seyidəliyev rayonun icra başçısıdır;

    2. Digər dayısı Fətulla Seyidəliyev "Kapitalbank”ın rayon filialının müdiridir;

    3. Səlim Müslümovun xalası oğlu, Fətulla Seyidəliyevin kürəkəni Eldost Mehdizadə "Kapitalbank”ın rayon filialında kredit şöbəsinin müdiri;

    4. Fətulla Seyidəliyevin öz oğlu Mirfariz Seydəliyev Səbail rayon prokurorluğunda prokuror köməkçisi işləyir;

    5. Səlim Müslümovun digər dayısı, icra başçısının qardaşı Mirfazil Seyidəliyev pensiyaçı olsa da, rayon pambıqqəbulu məntəqəsində müdirdir;

    6. Mirfazil Seyidəliyevin oğlu Mirqafil Səfərbərlik Xidmətində mühüm post tutur;

    7. Müslümovun dayısı Ənvər Seyidəliyevin oğlu Dayənət Seyidəliyev isə Mərkəzi Bankda mühüm vəzifədədir. O, həmçinin atasının və Səlim Müslümovun sayəsində Bakıda şərab şəbəkəsinə və maşın təmiri sexlərinə rəhbərlik və nəzarət edir;

    8. Səlim Müslümovun dayısının arvadı Şəhrəbanu Məlikova Ağsu Mərkəzi Xəstəxanasının baş həkimidir;

    Image result for Şəhrəbanu Məlikova

    Şəhrəbanu Məlikova (soldan birinci)

    9. Həmin Şəhrəbanu Məlikovanın qızının əri Fuad Əlizadə isə ƏƏSMN-də Dövlət Əmək Müfəttişliyinin rəisidir (Bir neçə gün əvvəl işdən çıxarılıb – redaksiya);.

    10. Şəhrəbanu Məlikova Məlikovanın digər qızının əri, Səlim Müslümovun əmisi oğlu Yalçın Müslümov da Səlim Müslümovun zamanında ƏƏSMN-də nazirin müşaviridir( O da bir neçə gün əvvəl yeni nazirin əmri ilə işdən çıxarılıb-redaksiya);

    11. Şəhrəbanu Məlikova Məlikovanın digər qızının əri Zaur Bədəlov isə Qusarın polis rəisidir;

    12. S.Müslümovun dayısı oğlu Ələsgər Seyidəliyev gömrükdə işləyir;

    13. S.Müslümovun dayısı oğlu Mircavad Seyidəliyev DİN-də mühüm postdadır;

    14. S.Müslümovun qardaşı Radim Müslümov İsmayılll rayon Maliyyə İdarəsinin müdiridir;

    15. Radimin oğlu Xəzər Müslümov da ƏƏSMN-də işləyir;

    16. S.Müslümovun digər qardaşı Vergilər Nazirliyindədir;

    17. S.Müslümovun bacısının əri Əsgər Əsgərov DSMF-nin Nəsimi şöbəsinin müdiridir(O da bir neçə gün əvvəl vəzifədən çıxarılıb – Mia.az);

    18. S.Müslümovun qaynı Ağalar Xasayev (O, həm də Ənvər Seyidəliyevin qaynıdır. Yəni Səlim Müslümovun həyat yoldaşı ilə dayısı, icra başçısı Ənvər Seyidəliyevin həyat yoldaşı bacıdır) DSMF-nin 3 ən ən prestijli idarəsindən birinin – Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinin rəisidir;

    19. S.Müslümovun digər bacısının əri Pirallahı rayonunda yol idarəsinin rəisidir;

    20. S.Müslümovla Ənvər Seyidəliyevin digər qaynı Ağası Xasayev də Bakıda bankda mühüm post tutur;

    21. Bunların digər qaynı Şahmar Xasayevin oğlu da gömrükdə işləyir;

    Mən sizə bu siyahını xeyli uzatmaqla da təqdim edə bilərəm. Hətta bu şəbəkənin hazırda təbii fəlakətlərin fəsadlarının böyüməsində ciddi rol oynayan çınqıl karxanaları haqda da geniş məlumatlar verəcəyəm”.

    Sonda Ağsu sakini ölkə rəhbərliyindən həmyerlilərin fəaliyyəti haqda başqa diqqətçəkən iddialar irəli sürüb. O, bu və ya digər məqamların araşdırılmasını istəməklə yanaşı, icra başçısı tərəfindən sökdürülən kafesinə görə pozulmuş haqlarının bərpa edilməsini xahiş edib.

    Yeni nazir sələfi Səlim Müslümovun qohumları haqda nə düşünür?

    Image result for enver-seyideliyev

    Xatırladaq ki, Ağsulu şikayətçinin məktubunda adları yer alan ƏƏSMN-də nazirin müşaviri Yalçın Müslümov, DSMF-nin Nəsimi şöbəsinin müdiri Əsgər Əsgərov və Dövlət Əmək Müfəttişliyinin rəisi Fuad Əlizadə ötən həftə vəzifələrindən çıxarılıblar. Hətta onlardan biri olan Fuad Əlizadənin yerinə təyinat da olub.

    Bir daha qeyd edək ki, Yalçın Müslümov Səlim Müslümovun əmisi oğlu, Əsgər Əsgərov bacısının həyat yoldaşı, Fuad Əlizadə isə dayısının kürəkəni, eyni zamanda əmisi oğlu Yalçın Müslümovun bacanağıdır. Yəni əslində Sahil Babayev həm də Yalçın Müslümov-Fuad Əlizadə bacanaqlarını eyni gündə işdən azad etməklə, maraqlı dairələr üçün şübhəli məqamlar yaradıb.

    Maraqlı burasıdır ki, Sahil Babayevin bu şəxsləri daha tez vəifələrindən azad edəcəyi gözlənilsə də, bu, ehtimal xeyli yubandı.

    Müslümov Fuad ƏLİZADƏ ilə

    Bu barədə Mia.az-a verilən məlumata görə, Səlim Müslümovun həm adıçəkilən qohumlarının, həm də hələ də vəzifədə saxlanılan yaxınları haqda əmrin gecikməsinin çox ciddi səbəbləri var.

    Sayta verilən həmin məlumatlarla bağlı hazırda daha ətrraflı araşdırmalarımız getdiyindən təfərrüatlara toxunmuruq.

    Bacanaqların biznesi və yaxud işdən çıxarılanların ətrafında cərəyan edən gizlinlər…

    Lakin onu qeyd edə bilərik ki, çıxarılan bu şəxslərlə bağlı cox ciddi araşdırmalar gedir. Mümkündür ki, qəsa zamanda əsasən Fuad Əlizadənin sahib olduqları biznes sahələrindən tutmuş, nazirlikdəki fəaliyyətinə qədər çox ciddi məlumatlar ortaya çıxarılacaq.

    Biz isə hələlik bunlara toxunmadan qeyd eədk ki, nazirlikdən uzaqlaşdırılanların Azərbaycanda da daxil olamqla, Türkiyə və digər xarici ölkələrdə də çox böyük maliyyə qaynaqları var. Hətta bunların arasında eləsi var ki, vaxtı ilə nazirlikdəki vəzifəsini belə heçə sayaraq, Fransaya özünün ad gününü qeyd etməyə də gedib.

    Bu və ya digər məqamlarla bağlı araşdırmalarımız yaxəın günlərdə təqdim edəcəyik.

    İttiham və iddialara qarşı tərəfin münasibətini də dərc etməyə hazırıq.