Səfir: “İranın Əmirabad və Bakının Ələt limanı arasında danışıqlar aparılır”

    6

    "Azərbaycan və İran limanları arasında əlaqələr müzakirə edilir".

    Hurriyyet.org xəbər verir ki, bunu "Report"a açıqlamasında İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə deyib.

    Onun sözlərinə görə, bu gün Bakıda keçirilən Dünya Limanları Konfransı çərçivəsində İranın Əmirabad və Azərbaycanın Ələt limanı arasında danışıqlar aparılır: "Danışıqlara həm yük, həm də digər sahələr daxildir".

    Səfir tədbirin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb və bu sahədə əməkdaşlığa töhfə olacağını diqqətə çatdırıb.

    C.Cahangirzadə bildirib ki, mayın 12-də "Şimal-Cənub" nəqliyyat dəhlizi ilə bağlı İran Astarasında tədbir keçiriləcək və Azərbaycan tərəfini "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov təmsil edəcək.