Əsədə daha BİR ŞOK: Generalları və hərbi konvoyu havaya uçdu – VİDEO

9

Türkiyə Hərbi Hava Qüvvələrinin Suriyanın İdlib şəhərinə “Bahar qalxanı” hərbi əməliyyatları çərçivəsində endirdiyi aviazərbələr nəticəsində çox sayda Bəşər Əsəd rejimi əsgəri zərərsizləşdirilib.

Huriyyet.org publika.az-a istinadən xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Müşahidə Missiyası məlumat yayıb.

Bildirilib ki, TSQ-nin Cəbəl əl-Zaviyadakı hərbi konvoy və Marət əl-Numan yaxınlığındakı hərbi bazaya təşkil edilən hücumu nəticəsində 19 rejim əsgəri ölüb.

Rejimin xəbər agentliyi olan “SANA”nın məlumatına görə, İdlibin cənubundakı Şeyx Mustafa bölgəsinə Silahlı Pilotsuz Uçuş Aparatları ilə təşkil olunan hücum nəticəsində rejim tankları və zirehli avtomobillərdən ibarət konvoy yox edilib. Bu əməliyyatda rejimin Adnan əl-Masqara və Mahmud Batiq Mbesmir adlı iki generalı ölüb.