Əsəd qüvvələrinin 200-dən artıq hədəfinə zərbələr endirildi: 309 REJİM ƏSGƏRİ, 5 VERTOLYOT, 23 TANK MƏHV EDİLDİ

6

Hurriyyet.org xəbər verir ki, Türkiyənin müdafiə naziri Hulusi Akar İdlibdə 200 nəfərdən artıq rejim hədəfinin güclü atəş altına alındığını bildirib.

Akar deyib: “Xain hücumdan sonra təyyarələr, Silahlı Pilotsuz Uçuş Aparatları və qurudan atəş dəstəyi vasitələrimiz rejimin 200-dən artıq hədəfinə güclü şəkildə atəş açmaqdadır. Atəş zərbələri nəticəsində 5 vertolyot, 23 tank, 23 top və haubitsa, 1 ədəd SA-17, 1 ədəd SA-22 hava müdafiə sistemi, 309 nəfər rejim əsgəri zərərsizləşdirilib”.

Hurriyyet.org