Əsəd qüvvələrinə BÖYÜK ZƏRBƏ

3

Hurriyyet.org xəbər verir ki, Türkiyənin Silahlı Qüvvələrinin (TSQ) hücumları Əsəd rejiminə ağır itkilər verdirib. Dünənki əməliyyat zamanı 254 rejim hərbçisi öldürülüb. Türkiyənin silahlı dronları dünən Rusiya istehsalı olan BUK M2 (SA-17) və Pantsir-S1 (SA-22) hava hücumundan müdafiə sistemlərini məhv edib. İran və Livan “Hizbullah”ı isə Serakib-Neyrab xəttinə yaraqlı göndərir. TSQ və Suriya Milli Ordusu birgə döyüşürlər. Silahlı dronlar son 48 saatda 611 nəfər milisi zərərsizləşdirib.

Türkiyənin Milli Müdafiə Nazirliyi tərəfindən dünən yayılan məlumatda, 27 fevral tarixində “Bahar Qalxanı” əməliyyatının həyata keçirildiyi bölgədə rejim ünsürlərinin açdığı atəş nəticəsində 3 təyyarə, 8 helikopter, 3 pilotsuz uçuş aparatı (PUA), 151 tank, 47 ÖAQ, 52 yaylım atəşli reaktiv sistem, 8 hava hücumundan müdafiə sistemi, 12 tank əleyhinə qurğu, 4 minaatan, 24 zirehli teknika, 27 zirehli döyüş maşını, 34 pikap, 60 hərbi maşın, 10 silah-sursat anbarının məhv edildiyi, 3 min 138 rejim ünsürü zərərsizləşdirildiyi bildirilir.

Hurriyyet.org