Əsəd qüvvələri türklərin nəzarət məntəqəsinə atəş açdı və cavab atəşi ilə susduruldu – Bir türk əsgəri şəhid oldu

    21

    Hurriyyet.org xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyi Suriyanın rejim qüvvələrinin nəzarət məntəqəsinə hücumundan sonra rejimin mövqelərinin atəşə tutulduğunu bəyan edib.

    Türkiyənin Milli Müdafiə Nazirliyinin açıqlamasında deyilir: “Suriyada rejim qüvvələrinin İdlib Gərginliyi Azaltma Bölgəsində nəzarət elədikləri bölgədən 10 nömrəli nəzarət məntəqəmizə bu gün qəsdən top atışları ilə hücumlar edilib. Hücum nəticəsində bir qəhrəman silahdaşımız şəhid olub, üç qəhrəman silahdaşımız isə yaralanıb. Yaralılar müalicə edilirlər”.

    Hücumlarla əlaqədar olaraq, Rusiyanın Ankaradakı attaşesi Baş Qərargaha çağrılıb, hücumların ən ağır şəkildə cəzalandırılacağı diqqətə çatdırılıb.

    Hurriyyet.org