Bəşər Əsəd rejiminə məxsus qüvvələr İdlib vilayətinin Sərakib şəhərinə nəzarəti tam şəkildə bərpa edib.
Bu barədə “RİA Novosti” məlumat yayıb.
“Sərakib Suriya ordusunun tam nəzarətindədir və Türkiyənin 3 müşahidə məntəqəsi mühasirəyə alınıb”, – deyə məlumatda bildirilib.
Qeyd edək ki, bundan öncə Suriya ordusu Sərakib və Ariha şəhərlərini bir-birilə əlaqələndirən M4 magistralına nəzarəti ələ keçirmişdi. \\Axar.az