Hurriyyet.org xəbər verir ki, Suriyanın Xarici İşlər Nazirliyi tərəfindən Birləşmiş Millətlər Təşkilatına göndərilən məktubda deyilir: “Koalisiya ortaqlarımızın dəstəyi ilə Suriya Demokratik Qüvvələrini (DSQ) nəzarət altına aldıqları torpaqlardan çıxaracağıq”.
Bəlli olduğu kimi, Demokratik Suriya Qüvvələrinin əsasını ABŞ-ın minlərlə tır silah-sursatla təmin elədiyi (https://www.hurriyyet.org/xeber/ab_turkiyeye_qarsi_doyusen_terrorculara_50_min_tir_silah-sursat_gonderdi_-_rdoan) YPG (PKK terror təşkilatının Suriyadakı şaxəsi) yaraqlıları təşkil edir.
Suriya hökumətinin BMT-yə müraciətində yazılıb: “DSQ nəzarət altında saxladığı bölgələrdə de-fakto bir vəziyyəti qəbul elətdirmək istəyir. Koalisiya ortaqlarımızın dəstəyi ilə DSQ-nin əlindəki torpaqlara nəzarəti qaytaracağıq”.
Suriya hökuməti DSQ-nin ABŞ və İsrail layihəsinə xidmət elədiyini, Suriyanın parçalanmasına imkan verməyəcəklərini və suverenliyi qoruyacaqlarını bəyan edib.
Hurriyyet.org