Professor P.Moog: ”Azərbaycanın qeyri-neft ixracı sahəsində çox güclü potensialı var” – FOTO

    9

    Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Sahibkarlıq, kiçik və orta müəssisələr: Biznesin əsasları” mövzusundakı Yaz Məktəbininin bağlanışı olub. Tədbir “EE-KEY-AZ Sahibkarlıq təhsili: Azərbaycanda iş yerlərinin yaradılması və məşğulluğun əsas amili kimi” layihəsi çərçivəsində baş tutub.
    UNEC-in Marketinq və Kommunikasıya Departamenti, İctimaiyyətlə Əlaqələr Şöbəsindən Hurriyyet.org-a verilən məlumatda beynəlxalq əməkdaşlıq departamentinin rəhbəri Anar Kazımova istinadla deyilir ki, layihə çərçivəsində UNEC müəllimləri, xüsusən gənc alimlər, tədqiqatçılar və tələbələr sahibkarlıq, biznesin yaradılması və inkişafı haqqında geniş bilik və təcrübəyə sahib olublar. Layihəyə uyğun olaraq, Almaniyanın və Azərbaycanın biznes infrastrukturunun özəllikləri və fəaliyyəti ilə tanışlıq da baş tutub. Layihədə Siegen universitetinin 10 magistr tələbəsi və UNEC-in 12 magistr tələbəsi iştirak edib.

    UNEC-də olduğundan məmnunluğunu bildirən Siegen Universitetinin professoru Petra Mooq bu ali təhsil ocağında həyata keçirilən layihələri müsbət dəyərləndirib. Siegen Universitetinin və UNEC-in müəllim və tələbələrinə, həmçinin Montpellier Universitetinin nümayəndəsinə fəal iştiraka görə təşəkkür edib. P.Moog UNEC-ə səfəri zamanı Azərbaycanda fəaliyyət göstərən əksər istehsal müəssələri ilə yaxından tanış olduğunu, ölkə iqtisadiyyatı ilə bağlı ətraflı məlumat əldə etdiyini bildirib.

    Tədbir çərçivəsində Azərbaycan iqtisadiyyatının son tendensiyaları və problemləri haqqında fikir mübadiləsi aparılıb, iştirakçılar öz təcrübə və biliklərini bölüşüblər.

    Sonda Almaniyada təşkil edilən dəyirmi masanın işçi qrupunun üzvlərinə və UNEC-də təşkil edilən qış məktəbinin ekspert müəllimlərinə sertifikatlar təqdim olunub.

    Layihə haqqında: Azərbaycan Dövlət İqtisad Universiteti ilə Almaniyanın Siegen Universiteti ilə birgə hazırladığı “EE-KEY-AZ Sahibkarlıq təhsili: Azərbaycanda iş yerlərinin yaradılması və məşğulluğun əsas amili kimi” (“Project EE-KEY-AZ: Entrepreneurship Education: A Key to Job Creation and Employability in Azerbaijan”) layihəsi DAAD tərəfindən maliyyələşdirilməsi üçün qəbul olunub. Layihə 4 il ərzində həyata keçirilməsi və bir neçə istiqamətlər üzrə fəaliyyət planı nəzərdə tutulub.

    Nigar, Hurriyyet.org

    ““  ““  ““  ““ ““ ““ ““ ““ ““ ““ ““ ““ ““ ““  ““ ““