SEÇMƏLƏR

75

FETHİ Akın

İÇİMDƏKİ UŞAQ

 

Haydı qalx,

Gedək artıq,

Saxta

Təbəssümlərin olduğu

İnsancığ

Qoxuyan bu şəhərdən!

Paslı

Yağ qablarında

Rəngarəng çiçəklərin

Olduğu

Dağ kəndimizə.

Anadan olduğumuz

O küçədə

Hər qapıda

Sevgi ilə saçlarını

Oxşasınlar yenə.

Təzək qoxuyan

O tərtəmiz insanlar.

Sən

Topla oyna yenə,

Qol yeyəndə

Oturub ağla.

Mən

Qəhqəhələrlə gülüm sənə.

Uçurtman

Telefon tellərinə taxılsın,

Sən

Yenə oturub ağla.

Mən

Qəhqəhələrlə gülüm sənə.

Dərdin bu olsun

təkcə.

Haydı qalx,

Gedək, artıq!

Bilirəm,

İkimizdə

Çox yorulmuşuq

İçimdəki uşaq…

 

***

 

ÇİNAR Arikan

AYBALAM AYBIKƏM SARI ÇIÇƏYIM

 

Aybalam, Aybikəm, sarı çiçəyim,

Sənin uğrunda at sürdüm

Çaylardan, yamaclardan, dağlardan

Çeşmələrin axdığı yaylaqlardan keçdim.

Çatmaq istəyirəm Tanrı dağlarına,

At sürürəm, gün batan üfüqə doğru.

Düşmən dəstəsiylə vuruşuram,

Tikə olmayacağam onların tələsinə.

Aybalam, Aybikəm, sarı çiçəyim,

Çöllərə baxıram durmadan,

Sənin atəşinlə yanaram hər an.

Qorxuram, sənə qovuşmadan ölərəm.

Tanrı dağları uzaq, əlçatmaz,

Yoxuşlar çıxılmaz, sıldırım aşılmaz.

Aybalam, Aybikəm, sarı çiçəyim,

Savaş toy- düyündür, bizdə qaçılmaz.

Aybalam, Aybikəm, sarı çiçəyim,

Kimsəsiz, çarəsiz, kədərli əsir.

Əlbəttə ki, bizə zülm edənlərə,

Bu millət bir gün kinini göstərər.

 

***

 

YURTTAŞ  Şahbaz

 

ADI YAŞAMAQSA

 

Yalançı sevdanın qurbanı olan,

Ağır bir ürəyi gəzdirirəm mən.

İçimə dərd olan belə həyatın,

Adı yaşamaqsa, yaşayıram mən.

 

Acılar könlümə, ruhuma yoldaş,

Min əzab, min qəhr, könlümə sirdaş,

İndi meylər oldu, tək mənə yoldaş,

Adı yaşamaqsa, yaşayıram mən.

 

Gülməzmi bu fələk mənə bir dəfə,

Sığışmır bədənim,  göyə,  nə yerə,

Qoca ömür keçdi, hədər, boş yerə,

Adı yaşamaqsa, yaşayıram mən.

 

Axmadı sinəmə eşqimin arxı,

Pozulmuş sevməyin nizamı, çarxı,

Qalmadı, həyatın ölümdən fərqi,

Adı yaşamaqsa, yaşayıram mən.

***

 

İBRAHİM Dizlek

 

SUS, YAZIQ ETMƏ NƏFƏSİNƏ

 

Günəşi qaraldan yuxusuz gecələri

Qalın bir yorğan kimi örtərəm üstümə.

Əgər anlada bilsəydim sənə düşüncələrimi

Bir sevda melodiyası yüklərdim səsimə.

Nə zaman könlümdəki eşqdən danışsam,

Cəm vurursan uşaqtək həvəsimə.

Çırpınma boşuna fəth kimi sənə qəlbim

Unutmadım,unutmayacağam,unuda bilmərəm

Sus,nə olar,sus,yazıq etmə nəfəsini.

Bütün gözəlliklər səndən almış ilhamını,

Üzünə baxdığım zaman kəsilir nəfəsim,

Sevdan qızğın dəmir kimi dağlar canımı.

Neçə dərgahlarda diləklər tutdum,

Həsrətini qoynumda uyutdum,

Mən unutmağı unutdum

Səni necə unudaram?!

Sus,nə olar,sus,yazıq etmə nəfəsini.

Səndən başladı məndəki həyat sevgisi,

Can oldun ömrümün hər saniyəsinə,

Nəfəs alıb verirəmsə səbəbi sənsən

Unutmayacağam,unutmadım,unuda bilmərəm.

Sus,nə olar,sus,yazıq etmə nəfəsini.

Mövsümləri dəyişdirən şeylər var anidən

Günəş qızgınlığıyla vurar qar dənəsinə

Amma sən əsla toxunma məndəki

manqal ürəyə

Mənə -Zəfən dağlarındakı qar dənəsinə.

Səni unutmağım üçün qiyaməti gözlə

Çünki o gün hər şey dönəcək tərsinə.

Mən ki səni ruhumla sonsuz sevdim

Unutmayacağam səni,unutmadım,

unuda bilmirəm,

Sus,nə olar,sus yazıq etmə nəfəsini.

Dərviş dərgahında diləklər tutdum,

Həsrətini qoynumda uyutdum,

Mən unutmağı unutdum,

Səni necə unudaram?!

 

***

 

MÜBERRA Gönen

 

QUMRAL ZİNDAN

 

Gözlərində oxu qaldı canım alanın,

Acımadı ürəyimi aldı nişanı,

Mənim kimi camdan qəlbi olanın

Qara sevda – deyə duyulur şanı.

Niyə derlər qara sevda

Bu sevdanın adına?

Ağı az,pəmbəsi yox

Qara yaraşmış ona.

Ah, gözləri uçurum qız!

Düşürəm cazibənə

Səhrada Məcnuntək yalqız

Könüllüyəm bəlana.

Suçum gözlərinə baxmaq,gilas zamanı,

İstəyərək ölüm kimi,saxlayıb anı,

Qumral zindanında çəksəm cəzamı,

Hökmün edam isə

sən çək ipimi.

Niyə derlər qara sevda

Bu sevdanın adına?

Ağı az,pəmbəsi yox

Qara yaraşmış ona.

Ah, gözləri uçurum qız!

Düşürəm cazibənə,

Səhrada Məcnuntək yalqız

Könüllüyəm bəlana.

***

 

AYŞE Kantaroğlu

KÖLGƏN

Kölgəsiylə insanın mübarizəsi-

Hansı daha qaradır, ya da daha azdır ləkəsi.

Tənha bir küçədən keçərkən gecə,

Həyatın ölüm qorxusuyla gəzər səsini.

Ən incə yerində, ölümün nəfəsindən

Sən qorxarsan, kölgən qorxmaz guya.

O işıqlıqda belə dayanar arxanda biləsən,

Kölgən əzm etdirən,

Sənsə failisən kölgənin…

 

***

 

MEHTAP Karakaya

Rüzgarlara söyləyin silməsinlər

Gəlinciklərdən izlərimi..!!

Tənbehləyin yağmurlar sahib çıxsın

Torpağa dırnağımla qazdıqlarıma..!!

Söz alın dağlardan,toxunmasınlar

Köksündəki yar yaşılı ağaclarıma..!!

Quşlar sizə söyləyirəm bir ovuc buludumla

Ki,pambuk şəkərim onlar mənim..!!

Qanadlarınızdan ümid səpilsin sabaha…

 

***

 

MUSTAFA Doğan

 

MƏNDƏN BİLMƏ

Bir şəfəq sancısıyla könlümün təvafında

Qəm yükünə əlvida etdimsə məndən bilmə.

Özümlə cəng edərək hicranın arafında

Bürcümə bəyaz bayraq sancdımsa məndən bilmə.

Hilalın xəncərini Zülfiqar edib ardan,

Atəşin sinəsinə ümid daşıdım Qardan,

Sıyrılıb şirin candan fərəqət edib yardan,

Mindiyim gəmiləri yandırsam məndən bilmə.

Dodağımda cümlələr kədərdən qanayarkən,

Könül öz yuvasının hicrətinə yanarkən,

Hicranın məqamında son duanı anarkən,

Başıma son gülləni çaxdımsa məndən bilmə.

Yerlə -yeksan edərək bütün cəsarətimi,

Alın yazısı saydım məsum əsarətimi,

Zərrə tamah etməyib dövr edib dövlətimi,

Təslim edib qələmi çıxdımsa məndən bilmə.

 

Uyğunladı: GÜLNARƏ Cəmaləddin