Seçkilərdən sonra ilk edam açıqlaması: Tükiyədə ölüm cəzası tətbiq ediləcəkmi?

    9

    Hurriyyet.org xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Tarabya köşkündəki çıxışı zamanı heyvan hüquqları qanunu və edam cəzası məsələsi ilə bağlı müraciət edən bir qadına belə bir cavab verib: “Yavaş-yavaş həyata keçəcək. Konstitusiyada dəyişiklik eləmək lazımdır. Heyvan hüquqları onsuz da gündəmdədir, edam cəzası məsələsi isə təbii ki, bir qədər çətindir”.

    Son günlərdə uşaqlara qarşı ağlagəlməz cinayətlərin törədilməsi, Eylul, Leyla Aydemir kimi balaca qızların amansızlıqla qətlə yetirilməsi Türkiyə cəmiyyətində ölüm hökmünün qaytarılması tələblərinin səsləndirilməsinə səbəb olub.

    Hurriyyet.org