Seçkilər yaxınlaşdıqca, Trampın Çinə qarşı hücumları artır

105

Çin isə ən böyük rəqiblərinə nəhəng iqtisadi strategiyası ilə cavab verməyə hazırlaşır…

Amerika ilə Çin arasındakı qarşıdurma təhlükəli şəkildə qızışır. Ən azı London buna əmindir. Xatırladaq ki, bu yaxınlarda Ağ Ev Amerika şirkətlərinə Çinin populyar tətbiqlər TikTok və WeChat ilə əməkdaşlıq etməyə qadağa qoydu. Eyni zamanda Hong Kong liderlərinə qarşı sanksiyalar tətbiq edildi və prezident administrasiyasının üzvlərindən biri Tayvana göndərildi. Təzyiqin bu qədər artması seçki kampaniyasından irəli gəlir. Axı, Çinə qarşı sərtlik Donald Trampın seçki proqramının əsas şüarıdır.

Bununla birlikdə, məsələnin ideoloji tərəfi də var, Tramp administrasiyasının “şahinləri” özünün daha cəsarətli tövrünü göstərən Çinin hər cəbhədə qarşısını almaq istəyini nümayiş etdirir.

Ekspertlər bildirirdilər ki, ticarət müharibəsinin ilk günlərindən Tramp administrasiyasının Çinə münasibətinin əsasında belə bir təlqin var idi ki, Çinin “steroid dövlət kapitalizmi” göründüyündən daha zəifdir. Onların məntiqinə görə, Çin iqtisadi böyüməni təmin edib, lakin yalnız dəyişkən borc, subsidiyalar, qohumluq və əqli mülkiyyətin oğurlanması formuluna güvənir. Çin sərt şəkildə sıxışdırılsa, iqtisadiyyatı yavaşladıla bilər, liderləri güzəştə getməyə və nəticədə dövlət sistemini liberallaşdırmağa məcbur edilə bilər. Dövlət katibi Mike Pompeonun dediyi kimi, “azadlığa can atan dünya ölkələri Çini dəyişməyə məcbur etməlidirlər”.

Lakin “TheEconomist” deyir ki, bu, sadəcə yalandır və mövqeyini arqumentlərlə dəstəkləyir. Çin iqtisadiyyatı tarif müharibəsindən gözləniləndən daha az zərər gördü və Covid-19 pandemiyasına qarşı daha dayanıqlı oldu. BVF 2020-ci ildə Amerikada 8% iqtisadi azalma ilə müqayisədə 1% artım proqnozlaşdır.

Bu il dünyanın ən yaxşı birja bazarı New York deyil, Şençjen oldu. Çin lideri Si Sinpinq 2020-ci ildən sonrakı perspektivə yenilənmiş dövlət kapitalizmini irəli sürür.

Metal məhsul fabrikləri və onların istifadəsinə kvotaları unudun. Sinpinqin yeni iqtisadi proqramı bazarları və innovasiyamərkəzlərini sərt məhdudiyyətlər çərçivəsində və Kommunist Partiyasının hərtərəfli nəzarəti altında daha səmərəli işləməyə məcbur etməkdir. O, Milton Freidman deyil, lakin avtokratiya, öncül texnologiya və dinamik inkişafın sərt vəhdəti uzunmüddətli perspektivdə daha sürətli iqtisadi böyüməyə gətirib çıxaracaq.

Mütəxəssislər deyirlər ki, Çin iqtisadiyyatının doğru qiymətləndirilməməsi yeni deyil. 1995-ci ildən bəri Çinin dünya ÜDM-nin payı, Qərb skeptisizminə baxmayaraq, 2%-dən 16%-ə yüksəldi. Silikon Vadisi rəhbərləri Çin texnoloji firmalarını texnoloji layihələri kopyalayıb oğurladıqları üçün qovdular. Dövlət kapitalizmi tez adaptasiya oldu və şəklini dəyişməyə başladı, nəticədə Çin skeptiklərə meydan oxudu. Məsələn, 20 il əvvəl qarşılıqlı ticarətə önəm verildi, amma indi ixrac ÜDM-in yalnız 17 faizini təşkil edir. 2010-cu illərdə Alibaba və Tencent kimi texnoloji şirkətlərə nəhəng böyümək üçün geniş imkanlar verdilər və Tencent məsələsinə gəldikdə isə, həm də partiyanın nəzarət aləti olan WeChat adlı tətbiqi yaratdılar.

Bu gün ingilislərin “Xinomics” adlandırdıqları Çin dövlət kapitalizminin növbəti mərhələsi oturuşur. Londonun fikrincə, Si 2012-ci ildə hakimiyyətə gəldikdən sonra siyasi hədəfi partiyanın liderliyini gücləndirmək və müxalifləri ölkə daxilində və xaricində bası altına salmaqdır. “Xinomics” üç elementə malikdir.

Birincisi, iqtisadi dövriyyə və borc sistemi üzərində ciddi nəzarət.

İkinci, milli iqtisadiyyatda tətbiq olunan daha səmərəli bir inzibati quruluş. Çin lideri materikdə biznesə daha çox cavab verən ticarət hüquq sistemi qurdu. 2012-ci ildə vəzifəyə başladlqdan sonra iflas və patent iddiası dörd qat artdı. İndi şirkət qurmaq doqquz gün çəkir. Beləliklə, sadə qaydalar bazarlara rahat işləməyə imkan verərək iqtisadiyyatı stimullaşdırır.

Son element dövlət və özəl şirkətlər arasındakı sərhədləri silməkdir. Dövlət şirkətləri maliyyə qazanclarını artırmağa və özəl investorları cəlb etməyə məcburdurlar. Eyni zamanda, dövlət özəl şirkətlərin içərisindəki partiya üzvləri vasitəsilə bu şirkətlərə nəzarət edir. “Qara siyahı” ya düşən şirkətləri cəzalandırır. Yəni “Xinomics” özünün uğurlu olduğunu sübut etdi. Covid-19 böhranı başlamazdan əvvəl borc artımı yavaşladı və ticarət müharibəsi ilə pandemiyanın ikiqat sarsıntıları maliyyə böhranına yol açmadı. Dövlətə məxsus şirkətlərin məhsuldarlığı artır və xarici investorlar yeni nəsil Çin texnoloji şirkətlərinə pul tökürlər. Beləliklə, Çin modelində müvəffəqiyyətin sehrli – qərar qəbuletmə şəffaflığı, açıq sərhədlər və söz azadlığıdır.

“The Economist” vəziyyəti belə yekunlaşdırır: sonda Çinin kapitulyasiyasına arxayın olub rəqabətə ümid etmək səhvdir. Amerika və müttəfiqləri açıq cəmiyyətlərlə Çinin dövlət kapitalizmi arasında uzun rəqabətə hazırlaşmalıdır. Çinin qarşısını almaq işə yaramayacaq, çünki Sovet İttifaqından fərqli olaraq, Çinin nəhəng iqtisadiyyatı kifayət qədər inkişaf edib və dünyanın qalan hissəsi ilə inteqrasiya olunub.

Qərb isə diplomatik potensialını inkişaf etdirməli və iqlim dəyişikliyi, pandemiya ilə mübarizədə Çin ilə müəyyən sahələrdə işləyə bilər, amma Çinin 4 trilyon dollarlıq dövlət kapitalimi iqtisadiyyatının gücünü qiymətləndirməmək olmaz.

Belə bir cəhəti də qeyd etməliyik ki, son məlumatlara görə ABŞ – Federal Rezerv sistemində kreditlər böyük bir məbləğə çatdı və ölkə iqtisadiyyatında 8% azalma gözlənilir. Bundan başqa 2020-ci ilin sonuna qədər ABŞ büdcə kəsiri 20% -ə çata bilər, bu səbəbdən ABŞ Xəzinədarlığı dövriyyəyə 2.75 trilyon dollarlıq istiqraz buraxmışdır. 947 milyard dollarlıq istiqrazlar iyul-sentyabr ayları arasında, oktyabrdan dekabr ayınadək isə 1,21 trilyon dollar həcmində istiqrazlar buraxılacaq.

ABŞ Maliyyə Nazirliyinin hesabatda bildirir ki, pandemiya səbəbindən dərin bir böhrana girən iqtisadiyyata indi maksimum dəstək vermək lazımdır.

Diqqət çəkicidir ki, 2020-ci ilin aprel ayında 23,7 trilyon dollar olan ABŞ-ın milli borcu artdı və hazırda 26 trilyon dollardır.

Çin özünəməxsus iqtisadi modelini inkişaf etdirməklə yanaşı, bir vaxtlar Moskvanın nüfuz dairəsinə aid olan bölgələrin Kremlin təsirindən uzaqlaşdırılması və əlindən alınması üçün də strategiya yürüdür. Çinin təsirli olmağa çalışdığ sferalardan biri Orta Asiya ölkələrinin elektrik enerji sisteminin yenidən qurulmasından ibarətdir. Moskva bölgədəki böyük hidroelektrik layihələrini maliyyələşdirmək üçün çoxsaylı vədlər verib, sonra pozarkən, Pekin Qazaxıstan və Özbəkistanın hidroelektrik potensialına ehtiyatla sərmayə qoydu. Bu strategiya hamının maraqlarına uyğundur, baxmayaraq ki, Vaşinqtonun Orta Asiya enerji ehtiyatlarını Cənubi Asiya ölkələrinə yönəltmək səylərinə birbaşa iştirakını təmin etmir.

Çin Dünya Bankı və Asiya İnkişaf Bankı vasitəsilə Tacikistandakı Nurek hidroelektrik stansiyasının və Qırğızıstanda 3 min meqavat gücündə nəhəng bəndlər kimi köhnə Sovet infrastruktur layihələrinin yenilənməsində iştirak edir ( MW) və müvafiq olaraq 1 min 200 MW.

Çin bu ölkələrlə işləyərək iqtisadi tərəfdaşlarının su və enerji təhlükəsizliyini gücləndirməsinə kömək edərkən – karbohidrogen ehtiyatlarına əlavə olaraq Qazaxıstan və Özbəkistan da bölgənin ən böyük bazarlarıdır – siyasi risklərdən çəkinir.

(Ardı var)

******

Amerika ilə Çin arasındakı qarşıdurma təhlükəli şəkildə qızışır. Ən azı London buna əmindir. Xatırladaq ki, bu yaxınlarda Ağ Ev Amerika şirkətlərinə Çinin populyar tətbiqlər TikTok və WeChat ilə əməkdaşlıq etməyə qadağa qoydu. Eyni zamanda Hong Kong liderlərinə qarşı sanksiyalar tətbiq edildi və prezident administrasiyasının üzvlərindən biri Tayvana göndərildi. Təzyiqin bu qədər artması seçki kampaniyasından irəli gəlir. Axı, Çinə qarşı sərtlik Donald Trampın seçki proqramının əsas şüarıdır.

(Əvvəli ötən sayımızda)

Müstəqillikdən sonra Qazaxıstan, keçmiş SSRİ-nin digər ölkələrində olduğu kimi, hidroenerji infrastrukturu axsasa da, neft və qazla zənginləşdi.

Ancaq 2012-ci ildə Çin Beynəlxalq Su və Elektrik Korporasiyası (CWE) Qazaxıstanın enerji təhlükəsizliyinə töhfə verərək, Almatı ilə Çin sərhədi arasında yerləşən 300 MVt gücündə Moinak hidroelektrik stansiyasının tikintisini başa vurduqda vəziyyət dəyişdi.

Baş mühəndis Kalaubek Baimukhanbetov 2018-ci ildə Çin dövlət televiziyasında sənədli filmdə “Tikinti 5 il çəkdi. Bu Qazaxıstan tarixində möcüzədir”, – dedi.

Moinak hidroelektrik stansiyası 330 milyon dollara başa gəldi ki, bunun da 200 milyon dollarını Çin İnkişaf Bankı kredit kimi verdi. Dövlətə aid CWE-yə 2013-cü ildə Qazaxıstana təhvil vermədən əvvəl müəssisənin dizaynı və inşası, sonra isə 40 qazax mühəndisi yetişdirilməsi tapşırıldı – bir il sonra Dünya Bankı Afrika və Cənub-Şərqi Asiyada qanun pozuntularına görə CWE-yə sanksiya verdi.

Bu layihənin uğuru Qazaxıstan hakimiyyətinin marağını artırdı. 2014-cü ilin dekabr ayında CWE, ölkənin şərqindəki İli və Çilik çaylarında bənd inşası üçün müqavilələr imzaladı. Hətta Qazaxıstan elektrik enerjisinin Çinə ixracatı barədə danışmağa başladılar.

2018-ci ilin sonunda CWE, Qazaxıstanın şimal-şərqindəki İrtış çayı üzərindəki 25 MW gücündə Turqusun SES-i təhvil verdi, bunun üçün Nur-Sultan 23 milyon dollar ödədi. İndi 20 MVt gücündə Turqusun-2 layihəsinin tikintisinə başlanılıb. Çinin aşağı axınında yerləşdiyi çayda planlaşdırma mərhələsində olan Turgusun-3 ilə 115 MVt əlavə edəcək.

Orta Asiyanın ən böyük Çin hidroelektrik layihəsi, Alma-Ata vilayətindəki Tentek çayı üzərindəki 480 MW-lik beş bənddən ibarət bir şəlalə olacaq. Çinin dövlət şirkəti China Gezhouba Group Corporation, 2018-ci ildə Qazaxıstanın Arai-Oil şirkəti ilə 1,5 milyard dollarlıq bir müqavilə elan etdi, lakin görünür şirkət hələ də Çin bankları ilə maliyyələşmə danışıqları aparır.

Bütün bu əlavə gücü ilə Qazaxıstan elektrik enerjisi idxalçısından ixracatçı ölkəyə çevrildi. İndi su qarşılığında Qırğızıstana elektrik enerjisi verir.

Qırgızıstan elektrik enerjisi çatışmazlığından əziyyət çəkir. Su elektrik infrastrukturunun böyüklüyün görə Özbəkistan Qazaxıstandan bir qədər geri qalır. Yenilənə bilən enerji mənbələri ölkənin istehsal etdiyi enerjinin 3.2 faizini təmin edir, lakin Daşkənd bu rəqəmi 2030-cu ilədək, su elektrik stansiyaları hesabına yüzdə 25-ə çatdıracağını açıqladı. Əlbətdə ki, burada da Çin olmadan olmaz.

2006-cı ildən bəri, Çinin Eximbankı, sovet dövründə inşa edilmiş infrastrukturun təmirinə, gücünün artırılmasına Çin kompaniyalarını cəlb etmək üçün Daşkəndə kiçik kreditlər verdi. Həmin il inşaat nəhəngi Sinomachın törəməsi olan Çin Milli Elektrik Mühəndisliyi Korporasiyası Daşkənd və Əndicanda su elektrik stansiyalarının gücünü artırmaq üçün layihələrə başladı. 15.9 milyon dollarlıq razılaşma çərçivəsində işlər 2010-cu ildə tamamlandı.

Lakin Çin-Özbək əməkdaşlığı 2016-cı ilin sonunda prezident İslam Kərimovun ölümündən sonra irəlilədi. Podrobno.uz xəbər verir ki, 2017-ci ildən bəri Pekin Daşkəndə hidroenerji layihələri üçün 144 milyon dollar kredit ayırıb. Bu layihədən biri çərçivəsində 2018-ci ildə Qingdaoda keçirilən Şanxay Əməkdaşlıq Təşkilatı sammitində imzalanan müqaviləyə görə Çinin Eximbankı bu ilin əvvəlində Daşkənddə və Fərqanə Vadisində beş bəndin yenilənmısi üçün 63 milyon dollar borc verdi.

Kərimovun ölümündən sonra su ehtiyatları ilə bağlı gərginlik azaldı. Özbəkistan Tacikistana qaz tədarükünü bərpa etdi və bu ilin əvvəlində tərəflər Tacikistanda Zarafşan çayı üzərində 275 MVt su elektrik stansiyalarının birgə inşası barədə razılığa gəldilər. Bu su elektrik stansiyaları Özbəkistanın yaxın bölgələrini elektrik enerjisi ilə təmin edəcək.

Orta Asiyada ixtisaslaşmış Çinli akademiklər arasında belə bir fikir yaranıb ki, Pekin Özbəkistan və Tacikistan arasındakı gərginliyi azaltmaq istəyir. Burada əsas cəhət odur ki, Çin hidroelektrik energetika sahəsində lider ölkə kimi bu texnologiyaları qonşularına ucuz qiymətə sata bilir.

Sinohydro hidroelektrik şirkəti iki ölkədə hələ 2000-ci ildə ofis açdı. 2007-ci ildə Tacikistan Prezidenti Emoməli Rəhmon Pekin səfəri zamanı 1 milyard dollarlıq investisiya paketi çərçivəsində Zarafşanda iki su anbarı tikmək barədə müqavilə imzaladı. Ancaq layihə Kərimovun etirazları üzündən həyata keçirilmədi.

Artıq Kərimovun getməsindən sonra Çin Tacikistan və Özbəkistan arasında iki mərhələli 550 milyon dollarlıq Zarafşan layihəsi üzrə əməkdaşlığa nəzarət edir. Tacikistan daha çox qaz alacaq. Özbəkistan elektrik enerjisi ilə yanaşı, su ötürülməsi qrafikində səsvermə hüququ əldə edəcək. Beləliklə, Çin, Rusiyanın “xüsusi maraqlar zonasında” xalqlar arasındakı münasibətlərdə yeni hakim rolunu qazanır.

Çin Rusiyanın öz nüfuz dairəsi saydığı Orta Asiya ölkələrini öz nüfuz dairəsinə keçirdir. Bundan başqa Çin silahlanmada, o cümlədən dənizaltıların hazırlanması və onların satışında Rusiyanı bu bazardan çıxardır. Çinin hərbi dəniz qüvvələrində-ABŞ HDQ-dən fərqli olaraq atom sualtı qayıqlarından başqa, atom silahı daşımayan sualtı qayıqlar da var. “RİA Novosti”-nin verdiyi xəbərə görə Rusiya və Çin yeni tipli sualtı qayıqların hazırlanması layihəsində əməkdaşlıq edir. Layihənin koordinatoru hərbi-texniki əməkdaşlıq üzrə Rusiya Federal Xidmətidir. Soyuq müharibə illərində Rusiya Çinə öz sualtı qayıq sahəsini yaratmaq üçün ballistik raket daşıyan 629 saylı dizel-elektrik və 633 saylı sualtı qayıq layihələrinin çertyojlarını versə, Çin bu layihələr üzərində öz yolunu getmişdi. Hazırda Çin hərəkət qurğuları sahəsində liderdir. Çin özünün elektrik stansiyaları olan (VNEU) sualtı qayıqlar qurur, Rusiya isə bu texnologiyanı mənimsəmək üçün hər vasitə ilə çalışır, baxmayaraq ki, Soyuq Müharibənin əvvəlində VNEU-nun yaranmasında öndə idi. VNEU sisteminin 677 Lada seriyalı rus sualtı gəmisinə quraşdırılacağı güman edilirdi, lakin bu hələ ki, baş tutmur. Rusiyanın bunu etmək üçün yetərli maliyyəsi yoxdur. Ədalət naminə deyə bilərik ki, Çin VNEU texnologiyasının tətbiqində Rusiyadan qabaqdadır.

Digər istiqamət akkumulyator batareyalarının istifadəsi ola bilər. Dənizaltılar yalnız indi lityum-ion akkumlyatorlarına keçirlər. Dünyanın litium-ion akkumulyatorları ilə çalışan ilk sualtı qayıqları Yaponiyaya, ardınca Cənubi Koreya və İtaliyaya aid idi. Gələn xəbərlərə görə Çinin də bu texnologiyanı mənimsədiyi deyilir, bu sahədə də Çinin Rusiyanı keçəcəyi tamamən mümkündr.

Ola bilsin ki, yeni sualtı qayıq Rusiya və Çiinöz donanmaları üçün nəzərdə tutulmayıb. Rusiya və Çin, əsasən adi hücum sualtı qayıqlarını sataraq beynəlxalq bazarda rəqabət aparır. Bu bazarda Çinin payı artır və Çin Tailand, Banqladeş və Pakistana sualtı qayıqlar satır. Rusiya isə atom silahı daşımayan sualtı qayıqların inşası üçün sifarişlərin həcmini artırmağa davam edir. Rusiya Müdafiə Nazirliyi 677 Lada sualtı qayığının, eyni zamanda köhnə Layihə 636.3 Varşavyanka qayığının inşası üçün müqavilə imzaladı.

Beləliklə, bu gün ortada sualtı qayığın perspektivinə dair cavablardan çox sual var. Bu layihənin – Rusiya dövlət mediasında yer alan bir çox müdafiə layihəsi kimi – nəticəsiz qalacağı tamamilə mümkündür.

Hazırladı: Ülviyyə ŞÜKÜROVA