SAXTA QAZİLƏR VƏ MEDAL ALANLAR

    21

    Döyüş üzü görməyib saxta Qarabağ qazisi olanlar. İsmayıl Məhərrəmov, 1992-ci ildə Ağcabədi rn Hüsülü kəndində, Ağdam yolunun üstündə aftoqəzaya düşüb. Sonradan saxta Qarabağ qazisi sənədi alıb.Hal Hazırda Ağcabədi rn QMƏVŞAİB-nin nümayəndəsidir. Saxta qazilik sənədi düzəldən şəxs isə, keçmiş veteran təşkilatı sədri, Əlibala Məmmədov olub.Əlibala Məmmədov təşkilatdan qovulub.1500-2000 manata saxta sənəd düzəldirmiş. Verilən məlumata görə, bir çox adamdan saxta sənəd düzəltmək üçün pul alan, Əlibala Məmmədovun işi məhkəmədədir. Qanuni döyüşçülərin haqqına girərək,dövlət büdcəsinə ziyan verən saxtakarlar haqqında tədbir görülməsi üçün aidiyyatı qurumlardan xahiş olunur. Qoy saxta sənəd alaraq dövlət büdcəsinə ziyan vuranlar,bu vaxtacan aldıqları məvacibi geri ödəsinlər. Hər bir vətən uğrunda döyüşən döyüşçünün haqqıdır ki,saxtakarlara qarşı mübarizə apararaq dövlətə dəstək olsun.

    "xeberlertv.com"