Saxlanılan zaman özünü bıçaqlayan narkotacirin işi – qardaşı da həbs edilib

60

Külli miqdarda narkotik əldə etməkdə və satmaqda ittiham edilən qardaşlar hakim qarşısına çıxarılır.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik satışına görə həbs edilən şəxslərin cinayət işi üzrə məhkəmə başlayır.

İşə hakim Eldar Mikayılovun sədrliyi ilə baxılacaq.

Təqsirləndirilən şəxslər Səxavət Məhərrəmov, qardaşı Namus Məhərrəmov və Qabil Qənbərlidir.

Onlara qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələri saxlama, satma) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, narkotacir sayılan 1978-ci il təvəllüdlü Səxavət Məmmədov 2017-ci ildə Hövsan qəsəbəsində işlədiyi marketdə qarın nahiyyəsindən özünə bıçaq zərbəsi vurub. Səbəb kimi isə hüquq-mühafizə orqanlarının onun təqib etməyini göstərib.