Saxalin adasında 4,6 bal gücündə zəlzələ baş verib

42

Rusiyanın Saxalin adasında 4,6 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 00:29-da qeydə alınıb.

Zəlzələnin ocağı Oxi rayonunun Sabo qəsəbəsindən 26 kilometr cənub-qərbdə yerləşib. Ocağın dərinliyi 7 kilometr təşkil edib.

Oxi şəhəri və Oxi rayonunun Tunqor kəndinin sakinləri 3 bal gücündə təkanlar hiss ediblər.