“Şarli Hebdo” Rusiyada da nəşr olunacaq? – Kreml

45
OMSK, RUSSIA - NOVEMBER 7, 2019: Russian Presidential Spokesman Dmitry Peskov attends a plenary session as part of the 16th Russia-Kazakhstan Interregional Cooperation Forum at the Congress Hall. Mikhail Metzel/TASS Ðîññèÿ. Îìñê. Ïðåññ-ñåêðåòàðü ïðåçèäåíòà ÐÔ Äìèòðèé Ïåñêîâ íà ïëåíàðíîì çàñåäàíèè XVI Ôîðóìà ìåæðåãèîíàëüíîãî ñîòðóäíè÷åñòâà Ðîññèéñêîé Ôåäåðàöèè è Ðåñïóáëèêè Êàçàõñòàí â Êîíãðåññ-õîëëå. Ìèõàèë Ìåòöåëü/ÒÀÑÑ

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu ölkədə Fransanın “Şarli Hebdo” kimi jurnalının nəşrinin mümkünsüz olduğunu bildirib.

D.Peskov jurnalistlərə müsahibəsində Rusiyanın həm də müsəlman ölkəsi olduğunu deyib.

“Rusiyada 20 milyona yaxın müsəlman yaşayır. Rusiyanın təməl dini xristianlıq olsa da, əhalinin əksəriyyəti xristiandır, ölkəmizin nadirliyi məhz çoxmillətli və çoxkonfessional olmasındadır. Burada bütün konfessiyaların nümayəndələri bir-birinə ehtiram və hörmət şəraitində yaşayırlar”, – deyə o, bildirib.

Kremlin nümayəndəsinin sözlərinə görə, belə bir nəşrin Rusiyada buraxılması həm də qanunvericilik baxımından mümkün deyil. \\Konkret