Sarkisyanın aqibəti Paşinyan üçün dərs olmalıdır – VİDEO

    15

    Ermənistanın yeni baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda qondarma rejimi üçüncü tərəf kimi ortaya qoyması öncəki rejimin siyasətindən o qədər də fərqlənmir.

    Ekspertlər hesab edir ki, Paşinyan da status-kvonu qorumaq siyasəti yürütmək istəyir. Amma onun bu mövqeyi sələfləri ilə eyni aqibəti yaşamasını labüd edəcək. Çünki Sarkisyan rejiminin sonunu gətirən əsas səbəb məhz budur.

    Hələ 2008-ci ildə mart hadisələrində öz xalqını gülləbaran edən Koçaryan-Sarkisyan rejimini erməni xalqı zülmdən bezərək devirdi. Odur ki, bu hal yeni hakimiyyətə gələn Nikol Paşinyan üçün də dərs olmalıdır. Paşinyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini dəyişməsə, onda o, Ermənistanda heç nəyi dəyişməyə müvəffəq ola bilməyəcək.

    Ermənistandakı acınacaqlı vəziyyətgin səbəbkarlarından biri də erməni kilsəsi göstərfilir. İş burasındadır ki, II Qarigenin rəhbərliyində olan kilsə indiyədək Koçaryan və Sarkisyan rejiminin bütün cinayətlərinə xeyr- dua verib. Bu səbəbdəndir ki, kilsə etirazçıların əsas hədəflərindən birinə çevrilib. Katalikosun istefası tələbinin daha kəskin qoyulması, əslinə erməni xalqının cinayətkar rejimin bütü ünsürlərindən xilas olmaq istəyini göstərir. Bu halın özü də Paşinyan üçün dərs olmalıdır. Dağlıq Qarabağ münaqişəsi başda olmaqla, Sarkisyan hakimiyyətinin istənilən sahədə apardığı siyasət uğursuzluğa düçar olub. Ona görə də siyasi kursda əsaslı dəyişiklik labüddür. \\ednews.net

    HURRİYYET.ORG