Sarkisyan “Aprel döyüşləri” ilə bağlı ifadə verəcək

9

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan 2016-cı ilin "Aprel döyüşləri" ilə bağlı istintaqa ifadə verəcək.

Hurriyyet.org modern.az-a istinadən xəbər verir ki, o, ifadəni məsələ ilə bağlı yaradılmış xüsusi parlament komissiyası qarşısında edəcək.

Sarkisyanın aprelin əvvəllərində qapalı iclas zamanı deputatların suallarına cavab verməsi gözlənilir. Aprel döyüşləri ilə bağlı komissiya 2019-cu ilin aprelində yaradılıb. Komissiya qarşısında eks-müdafiə naziri Seyran Ohanyan və Baş qərargah rəisi Artak Davtyan da ifadə verib.

2016-cı il aprelin 2-5-i tarixlərində Qarabağda Azərbaycan və Ermənistan  ordusu arasında atəşkəs dövrünün ən şiddətli döyüşləri baş vermişdi. Döyüşlərdə ağır məğlubiyyətə uğrayan düşmən Lələtəpə və Talış yüksəkliklərini itirmişdi. Parlament komissiyası məğlubiyyətin səbəblərini öyrənmək üçün yaradılıb.