Sarkisyan Paşinyanı istefa verməyə çağırıb

246

Hurriyyet.org xəbər verir ki, Ermənistanın Qarabağdakı məğlubiyyətindən sonra ölkədə siyasi xaos hökm sürməkdədir.

Ermənistan Prezidenti Armen Sarkisyan Baş nazir Nikol Paşinyanı istefa verməyə çağırıb, hökumətin yenidən təşkil edilməsi üçün növbədənkənar seçkilər keçirilməsini təklif edib.

Sarkisyan sosial şəbəkədəki hesabında yazıb: “Hamı ilə danışdım. Hamımız Paşinyanın istefa verməsi və növbədənkənar seçki keçirilməsi məsələsində həmrəyik”.

Bəlli olduğu kimi, dünən Ermənistanın Xarici İşlər naziri Mnatsakanyan ilə ölkənin Polis Təşkilatının sədri Qurgen Sallakyan da istefa veriblər.