SARI JİLETİ KİM GEYİNDİRDİ?

    15

    Əvvəlcədən deyim: kimin haqlı, kimin haqsız olduğunu müzakirə eləmirəm. Heç kimə vəkillik eləmirəm. Məqsədim vəziyyəti qiymətləndirməkdir…

    Mövzu Fransada baş verən hadisələrdir…

    Dünya siyasətini izləyənlərin açıq şəkildə görə biləcəkləri kimi, transatlantik ittifaqını heç hesab edən addımların da təsiri ilə qitə Avropasının iki lokomotiv ölkəsindən biri olan Fransa uzun müddətdir ki, bir “alternativ” axtarışındadır.

    Üstəlik, sadəcə, iqtisadi, siyasi deyil, hərbi olaraq da, “ayrılmaq” fikri qəti şəkildə ortadadır.

    2017-ci ilin may ayında heç bir siyasi kütləyə arxalanmadan prezident kürsüsünə oturan Emmanuel Macronun çıxışlarını xatırlayaq.

    Makron nə deyir?…

    “Avropada dollardan daha az asılı olacağımız bir mövqeyə nail olmalıyıq. Bu, mənim üçün bir suverenlik məsələsidir…”

    “Həqiqi bir Avropa ordusuna sahib olmadıqca, avropalıları qoruya bilməyəcəyik. Daha müstəqil, ABŞ-dan asılı olmayan və təkbaşına özünü müdafiə edən bir Avropaya ehtiyacımız var”.

    “ABŞ-ın 1987-ci il tarixli Orta Mənzilli Nüvə Gücləri müqaviləsindən imtina eləməyi qərara alacağı təqdirdə, əsl qurban Avropa və Avropanın təhlükəsizlik quruluşu olacaq”.

    “Yaxın Şərqdə Hizbullah və Husilərə ballistik dəstək verilməsi yeni və təşviş doğuran bir vəziyyətdir”.

    “ABŞ prezidentinin İranla nüvə müqaviləsindən imtina eləməsinin xəta olduğunu düşünürəm. Buna görə də, biz avropalılar 2015-ci il müqaviləsinə sadiq qalmağı qərara aldıq”.

    “İrana tətbiq edilən sanksiyalara qarşı şirkətlərimizin mənafelərini qorumaq və müdafiə eləmək üçün əlimizdən gələni edəcəyik”.

    Buna bənzər saysız-hesabsız sitatlardan görünəcəyi kimi, transatlantik ittifaqında ciddi bir çat var və bunun başçısı Makron iqtidarıdır…

    Dolayısı ilə, bu dəyişikliyi görmədən yanacaq vergiləri bəhanəsi ilə başlanan küçə yürüşlərini qiymətləndirmək dar baxış bucağından baxmaq demək olacaq!

    Üstəlik, bənzər əməliyyatların çox yaxın şahidi olduğumuz halda…

    Xatırlayın… Gəzi hadisələri, 17-25 dekabr tarixli dinc çevriliş cəhdi, xəndək iğtişaşları, partlayan bombalar Türkiyədə Beynəlxalq Falyuta Fonduna (IMF – International Monetary Fund) olan borcun bitirildiyi, nəhəng layihələrin düyməsinin basıldığı, çoxtərəfli xarici siyasət siqnallarının verildiyi bir dövrdən sonra baş vermişdi!

    Murat Kelkitlioğlu ([email protected])

    Tərcümə Hurriyyet.org-undur