“Şanlı bayrağımıza uzanan çirkli əlləri qırarıq” – Türkiyənin Milli Müdafiə Nazirliyi

222

“Şanlı bayrağımıza uzanan çirkli əlləri qırarıq”.

Hurriyyet.org xəbər verir ki, bu sözlər “Ayasofya-i Kebir Cami-i Şerifi”nin ibadətə açılması səbəbilə Yunanıstanda verilən reaksiyalarla əlaqədar olaraq Türkiyənin Milli Müdafiə Nazirliyinin “Twitter” hesabındakı paylaşımında qeyd edilib.

Yunanıstanın Saloniki şəhərində türk bayrağının yandırılmasının qətiyyətlə pisləndiyi və lənətləndiyi bildirilən paylaşımda deyilir: “Bu və buna bənzər təhrik və təcavüzlərin dərhal dayandırılması ilə bağlı xəbərdarlıq edirik. Şanlı bayrağımıza uzanan çirkli əlləri qırarıq”.

Hurriyyet.org