Samuxda zavodun iş otağındakı seyfdən silah-sursat götürüldü

96

Samux rayonunda zavodun iş otağındakı seyfdən silah-sursat aşkarlanıb.

Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Samux Rayon Polis Şöbəsi və Dövlət vergi xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki zavodların birində iş otağındakı seyfdən “Makarov” markalı tapança, 24 ədəd patron, 2 ədəd patron darağı, “RQD” və “F-1” qumbaraları aşkar edilərək götürülüb.

musavat.com