Samuxda baş verən ağır qəzada polis əməkdaşının başı qopdu, qızın üzü isə tanınmaz hala düşdü – ONLARIN SEVGİLİ OLDUĞU BİLDİRİLİR

705

Samux rayonun Çobanabdallı kəndinə baş verən ağır qəzada 1998-ci il təvəllüdlü Çağırqanov Elnur Vahid oğlunun və 1996-cı il təvəllüdlü Süleymanzadə Ləman Nazim qızının meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hurriyyet.org xəbər verir ki, qəza nəticəsində Elnur Çağırqanovun başı bədənindən ayrılaraq, nəqliyyat vasitəsinin arxa oturacağına düşüb. Ləman Süleymanzadənin üzü isə tanınmaz hala düşüb.

Qəzada ölən Elnur Çağırqanov Gəncə şəhər Nizami rayon Polis İdarəsinin əməkdaşıdır. Ləman Süleymanzadənin isə, Gəncə Şəhər ASAN xidmətin əməkdaşıdır. Onların sevgili olduğu bildirilir. Onların sənədlə bağlı Samuxa getdiyi bildirilir.

Qeyd edək ki, qəza “Mercedes” markalı minik avtomobil və “NEW Holland TC-5050” markalı kombayn arasında olub.