Samir Abasov və futbolçular məşqlərə qoşuldu

264

Neftçi”nin koronavirusdan sağalan başməşqçisi Samir Abasov komanda ilə məşqlərə qoşulub. Sportnet.az-ın məlumatına görə, 42 yaşlı mütəxəssislə yanaşı kapitan Emin Mahmudov, eləcə də Anton Krivotsyuk və Fəhmin Muradbəyli məşqlərə başlayıb.

Koronavirus aşkarlanan Stiven Monroz, Bruno Teluşi və zədəli Cabir Əmirli məşqdə iştirak edə bilmir. Qeyd edək ki, “Neftçi” Azərbaycan Premyer Liqasının XII turunda “Sabah”la qarşılaşacaq. Görüş dekabrın 20-də “Bank Respublika Arena”da olacaq.