Şamaxıda əxlaqsızlıq yuvasında ŞOK ƏMƏLİYYAT

66

Şamaxıda əxlaqsızlıq yuvası təşkil edən şəxs həbs edilib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Əhmədov İlqar Heybət oğlunun əxlaqsızlıq yuvası təşkil etməsi, yüngül həyat tərzi keçirən qadınları pul müqabilində kişi müştərilərlə görüşdürməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

Polisin keçirdiyi əməliyyat nəticəsində İlqar Əhmədov yüngül həyat tərzi keçirən qadını kişi müştərilərlə görüşdürərkən yaxalanıb.

Onun barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham elan edilib.

İstintaq orqanı İlqar Əhmədovun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat göndərib.

Şamaxı rayon Məhkəməsində hakim Etbar Hümətovun sədrliyi ilə baş tutan iclasda istintaq orqanını təqdimatı təmin olunub.

İlqar Əhmədovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.