Salyanın icra başçısı Prezidentin tapşırığını belə pozdu – FOTO

183

Qanvermə aksiyasına qoşulan icra başçısı karantin rejimini pozub.

Səlyan rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov karantin rejiminin qaydasını pozub.

Belə ki, icra başçısı qanvermə aksiyasında iştirak edərkən tibbi maska taxmayıb. Bu da, karantin rejiminin pozulması deməkdir. Karantin rejiminə görə, qapalı yerlərdə tibbi maska taxmaq məcburidir.

Prezident İlham Əliyev belə qapalı məkanlarda tibbi maskadan istifadə etdiyini bildirib və hər kəsi buna əməl etməyə çağırıb. \\Yenicag