Salyanda mənzildə partlayış – Xəsarət alan var

42

Bu gün səhər saatlarında Salyan şəhərinin Qalalı yaşayış massivindəki evlərin birində partlayış baş verib.

Hurriyyet.org virtualaz.org-a istinadən xəbər verir ki, A.Ağabəyli küçəsindəki 5 mərtəbəli binanın 4-cü mərtbəsində yerləşən mənzildə baş vermiş partlayış nəticəsində mənzilin sahibi, 34 yaşlı Zamiq Zakir oğlu Məziyev 3-cü dərəcəli termiki yanıq xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Hadisənin, ev sahibinin siqaret yandırarkən mənzilə yığılmış qazın partlaması nəticəsində baş verdiyi deyilr. Hadisə nəticəsində qonşuluqda yerləşən mənzillərə də ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.