Salyan sakinlərindən odlu silahlar götürülüb

330

Salyan rayon sakinlərindən qanunsuz silahlar götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında Qarabağlı kəndi ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində kənd sakini M.Əkbərovdan “Huğlu” markalı, Kərimbəyli kənd sakini D.Qurbanovdan isə “Tula” markalı ov tüfəngləri götürülüb.