Deputat və icra başçısının adı tikinti qalmaqalında

    3

    Sakinlər iddia edirlər ki, Nəsimi rayonunun keçmiş icra başçısı, hazırda deputat olan Nəsib Məhməliyev həmin ərazini Salyanın icra başçısı Tahir Kərimova hədiyyə edib. Bu səbəbdən də qanunsuzluğa göz yumulur. “Bir nəfər ərazini qazanc üçün obyektə çevirmək istəyir və bunun nəticəsində yoldan həyətə girmək üçün dar bir cığır qalıb. Həmin şəxsə etirazımızı bildirdik, 2007-ci ildə inşası başa çatdırılan tikintini yarımçıq qoyduq. 2012-ci ildə yenidən cəhd etdi, dövlət qurumlarını məsələyə qatandan sonra tikili söküldü. Biz bu məsələləri hazırda yolumuzu kəsən adama xatırlatdıq. Lakin həmin şəxs ya başa düşmür, ya da istəmir. Özünü obyektin ya yiyəsi, ya da icraçısı kimi təqdim edən Hüseyn adlı şəxs deyir ki, 70 min manat xərcim çıxıb. Sizin acığınıza tikdirəcəm. Biz tikinti aparmağa qoymuruq. Ərizə və şikayətlər yazaraq haqqımızı tələb edirik”, – deyə sakinlər bildirir.