Sahibə Qafarovaya yeni köməkçi təyin edildi

45

Milli Məclisin sədri Sahibə Qafarovaya yeni köməkçi təyin edilib.

Hurriyyet.org modern.az-a istinadən xəbər verir ki, Aynur Nurəhmədova parlament sədrinin köməkçisi vəzifəsinə gətirilib. O, bu vəzifəyə qədər parlamentin Beynəlxalq münasibətlər şöbəsinin Parlamentlərarası əməkdaşlıq sektorunun müdiri olub.

Aynur Nurəhmədova mərhum jurnalist Mülatif Adurovun qızıdır.