Sağlamlıq imkanları məhdud uşaqların sayı artdı – SƏBƏB

81

Erkən yaşda uşağın sağlam qidalanmasının təmin edilməsi üçün ana südü ilə qidalanmanın təbliği, uşaq qidaları və uşaq məhsullarının təhlükəsizliyinə və keyfiyyətinə ciddi nəzarətin həyata keçirilməsi zəruridir.

Bu, Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nda öz əksini tapıb.

Qeyd olunub ki, Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların sayı 2019-cu ildə 72 979 nəfər olub.

Bu rəqəmin ölkə üzrə uşaqların ümumi sayının təqribən 2,8 faizini təşkil etməsinə baxmayaraq, son 5 ildə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların sayında artım müşahidə olunur. Əsas səbəblər isə qohumlar arasında nikah nəticəsində yaranan genetik xəstəliklər, erkən nikah və doğuş vaxtı alınan travmalardır.

Bu sahədə profilaktik tədbirlərin gücləndirilməsi, xüsusilə regionlarda ilkin səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi çox önəmlidir. Uşaqlar arasında inkişaf geriliyinin erkən aşkarlanması, sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması və erkən müdaxilənin təmin olunması üçün bu sahədə çalışan mütəxəssislərin bilik və bacarıqlarının artırılması vacibdir. \\Publika