Sağlam qidalanma və sağlamlıq üçün sahurda bu qidaları yeyin — SİYAHI

    3

    Bu il Müqəddəs Ramazan ayı isti havalarla müşayət olunur.

    Sağlam qidalanma və sağlamlıq üçün sahurda insanı tox saxlayan və susuzluq yaratmayan qidalara üstünlük vermək lazımdır.

    Qida mütəxəssisləri bildirirlər ki, gecə saatlarında qəbul edilən ağır qidalar o saatlarda metabolizma sürəti aşağı düşdüyü üçün yağa çevrilmə riski yüksəkdir. Bu səbəbdən bu saatlarda qəbul edilən qidaları diqqətlə seçmək lazımdır.

    Sahurda tərkibində protein olan süd, qatıq və pendir kimi qidalar qəbul edilə bilər. Qandakı şəkərin miqdarının düşməsinin qarşısını aldığı üçün çörəkdən və ya taxıl məhsullarından hazırlanan şorbalardan istifadə etmək olar.

    Sahurda kifayət qədər su, ayran, kompot və qazlı su içmək lazımdır. Eyni zamanda yemək yeyib yatmaq əvəzində vaxtında sahura durmaq lazımdır. Bununla yanaşı, sahurda duzlu qidalar və qızardılmış qidalar əvəzinə daha yüngül qidalar qəbul etmək məsləhət görülür.

    1 çay qaşığı zeytun yağını pomidor və xiyarın üstünə əlavə edərək qəbul etmək və İnsanı gün boyu tox saxlayan və susuzluq yaratmayan qidaların siyahısını təqdim edirik.

    Yumurta

    Sahurun vazkeçilməz qidasıdır. Omlet və ya pomidor yumurta qəbul etmək də məsləhət görülür.

    Ətli dolmalar

    Dolmanı hazırlayarkən düyü əvəzinə yarmadan istifadə edin.

    Pendir

    Sahur üçün əladır. Pendir əvəzinə qatıqdan da istifadə etmək olar.

    Tərəvəz şorbaları

    Quru paxlalar əlavə edilmiş qatıq, yulaf və mərci əlavə edilmiş tərəvəz şorbası, noxudlu şorba məsləhət görülür.

    Proteinli salatlar

    Tərkibində balıq, toyuq və ət olan salatlar əladır.

    Meyvəli qatıq

    Şaftalı və ya ərik əlavə edilmiş bir kasa qatıq sahur üçün əladır.

    Yağlar

    Zeytun yağı və zirə yağı tox qalmağa kömək edir. Bu səbəbdən sahurda qidalara bu yağlardan əlavə edə bilərsiniz. Tərkibində yağın miqdarı çox olduğu üçün avokado da qəbul etmək olar.

    Paxlalılar

    Tərkibində mərci olan salatlar, tərkibində mərcimək, noxud, lobya olan qiymə ət məsləhət görülür.

    Ayran, kefir

    Ayran sahur üçün əla içkidir. Ancaq sahurda təkcə ayran yox, kefirdən də istifadə edin.

    Badam, fındıq, fıstıq

    Hər sahurda yeməyə iki ədəd qoz, üç ədəd fındıq və dörd ədəd badamla başlamaq tövsiyyə olunur. \\Ölkə.Az

    HURRİYYET.ORG