Şabranda yol qəzasında bir nəfər ağır yaralandı

36

Şabran rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 1998-cu il təvəllüdlü Mircəfərov Elxan Ramiz oğlu bədən xəsarətləri alıb.

Yaralı əvvəlcə rayon xəstəxanasına, vəziyyəti ağır olduğu üçün Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və sağ baldır sümüyünün açıq sınığı diaqnozları qoyub.

Faktla bağlı araşdırma aparılır.