Sabirabadda ölən 6 nəfərin kimliyi məlum oldu – YENİLƏNİB

    18

    Sabirabadda traktorun qoşqusunun aşması nəticəsində ölənlərin adları məlum olub.

    Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, ölənlər Bağırova Elnarə İbrahiməjdər qızı, onun qızları Bağırova Fatimə Teymur qızı, Bağırova Zəhra Teymur qızı, onların qohumları İmanova Məlahət Mehbalı qızı, Qasımova Xəyalə Əbülhəsən qızı, Qasımova Günay Tofiq qızıdır. 

    ***

    Sabirabadda traktorun qoşqusunun su kollektoruna aşması nəticəsində 6 nəfər ölüb.

    Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, ölənlərin hamısı qadındır. Onlar ana, iki qızı və yaxın qohumlardır.  

    ***

    Sabirabadda traktorun qoşqusunun su kollektoruna aşması nəticəsində 5 nəfərin boğularaq öldüyü bildirilir.

    Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, ölənlərin hamısı qadındır. İlkin məlumatda onlardan 3-nün bir ailənin üzvü olduğu deyilir.

    Traktoru idarə edən Şəhriyar qəsəbə sakini Əjdər İmanov ailə üzvlərini və yaxın qohumlarını tarlaya işləməyə aparırmış.

    Hadisə nəticəsində daha bir neçə nəfər xəsarət alıb.

    ***

    Sabirabad rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatları məlum olub.

    Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, Şəhriyar kəndində traktorun qoşqusunun aşması nəticəsində 6 nəfərin öldüyü bildirilir. Daha bir neçə nəfər xəsarət alıb.

    İlkin ehtimala görə, ölənlərin hamısı pambıq tarlasına işləməyə gedən qadınlardır.

    ***

    Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

    Şəhriyar kəndində baş verən qəzada 7 nəfər ölüb.

    Əlavə məlumat veriləcək./apa/