Sabirabadda dəhşətli qəza – Ölən və yaralananlar var

    15

    Sabirabadda ağır yol qəzası olub.

    Hurriyyet.org oxu.az-a istinadən xəbər verir ki, hadisə Bakı-Horadiz yolunun rayonun Qaratəpə kəndi ərazisindən keçən hissəsində baş verib.

    "VAZ-2107" markalı avtomobillə "Mercedes" markalı avtomobilin toqquşması nəticəsində Bakının Səbail rayon sakini İbadov Sücəddin Alış oğlu hadisə yerində ölüb.

    Ailənin digər üzvləri, 1981-ci il təvəllüdlü İbadova Vəsilə Sabir qızı və 1973-cü il təvəllüdlü İbadov Samir Sücəddin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

    Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.