Sabirabadda 6 nəfərin ölümü ilə nəticələnən “traktor faciəsi”nin səbəbi məlum oldu – VİDEO

    30

    Sabirabad rayonunda 6 nəfərin ölümü və 2 nəfərin yaralanması ilə nəticələnən traktor qəzasının səbəbi məlum olub.

    Hurriyyet.org report-a istinadən xəbər verir ki, qəzaya qoşqunun traktora bağlanan hissəsindəki dəmirin yerindən çıxması səbəb olub. Nəticədə qoşqu su kanalına aşıb. Hadisə zamanı qoşquda olan 7 qadından 6-sı ölüb. Traktorun sürücüsü və qoşquda olan qadınlardan biri xəsarət alıb.

    Faktla bağlı araşdırmalar davam etdirilir.