Sabiq polis polkovniki məhkəmə zalından azadlığa buraxıldı

    3

    Dələduzluqda təqsirləndirilən Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin Ələt portunun sabiq rəisi, polis polkovniki Fərhad Məmmədxanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

    Hurriyyet.org xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Hakimlər kollegiyasının hökmünə əsasən Fərhad Məmmədxanova şərti cəza verilib və məhkəmə zalından buraxılıb.

    Xatıladaq ki, dövlət ittihamçısı çıxışında Fərhad Məmmədxanovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

    Qeyd edək ki, F.Məmmədxanov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulub. Onun barəsində həbs-qətimkan tədbiri seçilib və 1 saylı istintaq Təcridxanasına (Kürdəxanı) göndərilib. Fərhad Məmmədxanov Hacı Eldar Hənifəyevi 180 min manat pulunu mənimsəməkdə təqsirli bilinir. Həmin zərərdən 30 min manat qaytarılıb.

    Fərhad Əmirxanov Cinayət Məcəlləsinin dələduzluq (178-ci) maddəsi ilə ittiham verilib.//lent.az