Sabiq nazir Rüstəm Usubovun kürəkəninin yerinə onu gətirdi

    39

    Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.

    Hurriyyet.org unikal.org-a istinadən xəbər verir ki, sabiq Daxili İşlər naziri Ramil Usubovun əmri ilə bir neçə gün öncə polis mayoru Mahir Quliyev Nizami RPİ-nin 23-cü Polis Bölməsinin rəis müavini təyin olunub. O, bu təyinata qədər Nizami Rayon Polis İdarəsində müstəntiq işləyib.

    Qeyd edək ki, Nizami RPİ-nin 23-cü Polis Bölməsinin keçmiş rəis müavini, polis mayoru Vüqar Abdullayev vəzifəsindən azad edilərək Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinin rəisi təyin edilib. V.Abdullayev Baş Prokurorun birinci müavini Rüstəm Usubovun kürəkənidir.