Sabiq DYP rəisinin vəzifəsi kiçildildi

    21

    Səbail rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin sabiq rəisi polis polkovnik-leytenantı Cəmşid Hənifəyev yeni vəzifəyə təyin edilib.

    Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, C.Hənifəyev Nərimanov Rayon Polis İdarəsinin Təşkilati-İnspektor qrupunun inspektoru vəzifəsinə təyinat alıb.

    Qeyd edək ki, C.Hənifəyev bu ilin fevralında Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi vəzifədən azad edilərək sərəncama götürülüb.