Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı parlamentin bu gün keçirilən plenar iclasında pensiyada olan deputatların pensiyasının artırılmasını təklif edib.
Hurriyyet.org-un report-a istinadən xəbərinə görə, o deyib ki, sabiq deputatlar ona müraciət ünvanlayıblar.
“Sabiq deputatlar mənə müraciət ediblər ki, Milli Məclisdə pensiya məsələsinə baxılsın. Onlar pensiyanın məbləğindən narazılıq edirlər”, – o vurğulayıb.
Deputat dövlət qurumlarına müraciət edərək bu məsələyə baxılmasını xahiş edib.
Parlamentin Əmək və Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəbli isə deyib ki, bu məsələ gündəmdədir, pensiyanın artırılması nəzərdə tutulur.