Sabiq vitse-spiker Paşinyanın getməsini tələb etdi

222

“Nikol Paşinyanın kənarlaşdırılması bizə nəyisə dəyişəcəyimizə ümid verəcək”.

Bunu Ermənistan parlamentinin sabiq vitse-spikeri Arpine Ovannisyan deyib.

“Bu gün 11 noyabr, 4 gün sonra təslim olmaqla bağlı imzalanmış utancverici müqavilə ilə Kəlbəcərdən çıxmalıyıq. Dünəndən bəri məndən çoxları nə edəcəyimizi soruşurlar. Cavab verirəm, hələ bir şans var. Bunun üçün Nikol Paşinyanın getməsini tələb etmək lazımdır. Yalnız Nikolun getməsi ilə nəyisə dəyişə biləcəyimizə ümid yaranacaq. 2 il əvvəl biz Nikolu seçdik. Deməli, vətəni seçməli idik. Bu gün yenə də Nikol və vətən arasında böyük seçim günüdür”.