Sabiq millət vəkili naziri dövlətə xəyanətdə İTTİHAM etdi – VİDEO

150

Sabiq millət vəkili, Ümid Partiyasının sədri İqbal Ağazadə Reaksiya TV-nin qonağı olub.

Millət vəkilinin müsahibəsində ən maraqlı məqam isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadənin ünvanına yönəmiş ağır ittihamlar olub.

Belə ki, İ.Ağazadə əvvəlcə xatırladıb ki, daha öncə 134 tezlikli radio dalğamızın ermənilərə satılmasında naziri günahlandırsa da, dövlət qurumundan bu məsələyə rəsmi münasibət ala bilməyib.

Sonda sabiq millət vəkili bir daha naziri bu əmələ görə ittiham edərək, ona 10 gün möhlət verib: “Ya çıxıb təkzib etsin, ya da bu addımın səbəblərini əsaslandırsın!”

Ağazadə nazirin bu addımını dövlətə xəyanət adlandırıb. \\Konkret