“Sabiq icra başçıları haqqında da tədbir görülməlidir” – POLİTOLOQ

27

“İcra başçı sistemi müasir idarəetmədə effektli deyil”

“Dövlət başçısı İlham Əliyevin  bəzi icra başçıları haqqında kəskin qeydləri, korrupsiya və rüşvətxorluğun müəyyən strukturlarda olmasını qabarıq şəkildə vurğulaması proseslərin nə qədər ciddi olduğunu göstərməklə yanaşı, buna qarşı effektli mübarizə aparılacağını xüsusi qeyd edirdi. İcra başçısı sistemi rayonlarda prezidentin birbaşa nümayəndələridir və onlar dövlətin yerlərdə idarə olunmasında mühüm bir sturukturdu”. Hurriyyet.org xəbər verir ki, bu barədə Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə qeyd edib.

“Göründüyü kimi, icra başçı sistemi müasir idarəetmədə effektli deyil və hətta prezidentin göstərişlərini bəzən cavabsız qoyublar. Ayrılan vəsaitləri mənimsəyirlər, dövlətlə xalq arasında uçurum yaradırlar. Korrupsiya və rüşvətxorluq həbs edilən  icra başçılarının rayonunda necə inkişaf etdiyini göstərir”,-deyə politoloq əlavə edib.

“İcra başçılarının həbsi sıradan bir hadisə deyil”

M.Əsədullazadə icra başçılarının həbsi və digər dövlət qrumlarında həbsləri korrupsiyaya qarşı effektli mübarizənin aparılması istiqamətində ciddi bir proses kimi qiymətləndirir: “Bu həbslərin davam edəcəyi mümkündür. Bu həbslər göstərir ki, əvvəlki kimi idarəetmə olmayacaq. Bu istiqamətdə atılan addımlar  post-pandemiya dövründə islahatları dərinləşməli və sosial istiqamətində xalqa xidmət yüksək səviyyədə qurulmalıdır.  İcra başçılarının həbsi sıradan bir hadisə deyil. Sabiq icra başçıları haqqında da tədbir görülməlidir. Onların vəzifədə olduğu müddətdə dövlət vəsaitlərinin mənimsəliməsi istiqamətində yoxlamalar aparılmalıdır”.

Şamo EMİN, Hurriyyet.org