Sabiq futbolçu üçüncü mərtəbədən küçəyə atılan azyaşlını əlləri ilə tutdu – VİDEO

60

ABŞ-da sabiq futbolçu Filip Blanks yanğından xilas olmağa çalışan ananın binanın üçüncü mərtəbəsindən küçəyə atdığı uşağı xilas edib.

“Demirören Haber Ajansı” (DHA) məlumat verir ki, hadisə Arizona ştatının Feniks şəhərində qeydə alınıb.

Azyaşlı xilas edilsə də, ananı alovun cəngindən qurtarmaq mümkün olmayıb./oxu.az/