Sabiq deputatlar niyə maddi sıxıntıdan ŞİKAYƏTLƏNİRLƏR?..

51

Bu il fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkilərinə kimi beşinci çağırış Milli Məclisdə təmsil olunmuş bəzi deputatlar altıncı çağırışdan kənarda qaldılar.

Parlamentun yeni tərkibində yer almayan eks-deptatlar arasında həm Yeni Azərbaycan Partiyasının üzvləri, həm də müstəqil fəaliyyət göstərənlər və müxalifyönlü partiya sədri olanlar var.

Altıncı çağırış Milli Məclisdə yer almayan eks-deputatları bir daha xatırladırıq. Onlar təkcə təqaüd yaşında olanlar deyil. Bəziləri deputat mandatını dövlət qulluğuna dəyişə billiblər:

Ağacan Abıyev

Hacı Salayev

Mirzəcan Xəlilov

Mirkazım Kazımov

Dilarə Cəbrayılova

Sona Əliyeva

Rövnəq Abdullayev

Cavid Qurbanov

Xanlar Fətiyev

Tahir Süleymanov

İlham Əliyev

Əliağa Hüseynov

Arif Rəhimzadə

Elçin Quliyev

Nəriman Əliyev

Bahar Muradova

Rafiq Məmmədhəsənov

Yaqub Mahmudov

Zeynəb Xanlarova

Flora Qasımova

Əflatun Amaşov

Kamran Nəbizadə

Elmira Axundova

Valeh Ələsgərov

Elxan Süleymanov

Müslüm Məmmədov

Gövhər Baxşəliyeva

Aytən Mustafazadə
Hüseynbala Mirələmov
Hadi Rəcəbli,
Çingiz Qənizadə.

Modern.az-ın əməkdaşı keçmiş deputatları arayıb-axtararkən onlardan bəziləri işsiz olduqlarını bildiriblər.

Hətta iş tapa bilmədiklərinə görə maddi çətinlik yaşadıqlarını deyənlər, imkansızlıqdan şikayətlənənlər də olub.

Ancaq qanunvericiliyə görə, növbəti dəfə deputat seçilməyən eks-deputat hazırkı  deputatların maaşının 80%-i qədər müavinət alır. Bu müavinət ona ən azı 1 il müddətinə veriləcək. Deməli, beşinci çağırış Milli Məclisin üzvü olmuş sabiqlər 2021-ci ilin fevralınadək maddi sıxıntı çəkməyəcəklər.

Təqaüd yaşında olan keçmiş deputatlar isə hazırki deputatların maaşının 80%-ni yalnız bir il ərzində yox, yaşadıqları müddətdə ala biləcəklər.

Qeyd edək ki, hazırda sıravi deputatın aldığı maaş əlavələrlə birlikdə 3400 manat təşkil edir. Əgər bu vəsaitin 80%-ni hesablasaq, onda belə demək olar ki, beşinci çağırış Milli Məclisin üzvü olmuş sabiqlər hazırda 2720 manat müavinət alırlar ki, indiki Azərbaycan reallığında böyük məbləğdir…
Belədə şikayətlənməyin əsassız olduğunu söyləmək olar…