SABİQ DEPUTATIN BEYİN ƏMƏLİYYATI SABAH GERÇƏKLƏŞƏCƏK – Heydər Əliyev Fondu Eldar Sabiroğlunu Türkiyəyə göndərib

543

Ömrümün 63-cü qışını ilin ilk ayının 4-də başa vurub, 64-ə ayaq qoyacam. İrəvanın yaxınlığında Eçmiadzin şəhərində doğulmuşam. Belə baxanda az yaş da deyil… Ancaq xeyli ağrılarım, narahat günlərim olub. İlk dəfə ürəyim sözümə baxmadı. 1999-cu iln iyun ayının 10 idi. Sözün həqiqi mənasında ürəyim partladı. 7 dəfə klinik ölüm keçirdim. Məni həyata qaytaran həkimləri bu gün də minnətdarlıq hissi ilə qəlbimin dərinliyində saxlayıram.
O zaman dahi Heydər Əliyevin xüsusi nəzarəti altında idim. İnfarktın üçüncü günü Kardioloji xəstəxanaya zəng edib vəziyyətimlə maraqlandı və mənə dedi ki, narahat olma, bu gün Moskvadan həkimlər gələcək. Heydər Əliyev heç kimə göstərmədiyi xeyirxah bir münasibətlə şəxsi prezident təyyarəsini Moskvaya göndərib Kreml xəstəxanasından üç məşhur kardioloq həkimi Bakıya gətizdirdi. Mən həmin anlarda ölümlə çarpışırdım. Onların və yerli həkimlərimizin köməyi ilə ölümün caynağından xilas oldum. Bir məhz buna görə Böyük Heydər Əliyevi unutmaq mənim üçün mümkünsüz bir iş… Onun siyasəti mənə görə ölməzdir. Bu siyasət nə qədər sağamsa, mənim üçün diri olaraq qalacaq.
Oğlu İlham Əliyev isə müalicəmlə əlaqədar məni Londana dünyanın ən məşhur xəstəxanalarından olan Klal hospitalına yola saldı. Yeri gəlmişkən bu gün düşmən üzərində Zəfər qələbəmizi təmin edən prezident İlham Əliyevin 59 yaşı tamam olur. Bu münasibətlə onu ürəkdən təbrik edir və Azərbaycanımızın gələcəyi üçün Ali Baş Komandanımıza yeni və daha əzəmətli uğurlar diləyirəm.
Keçən il isə hörmətli birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva ürək əməliyyatı, bu gün isə beyin əməliyyatı üçün məni Türkiyənin İstanbuldakı çox adlı-sanlı xəstəxanalarından birinə göndərib. Əməliyyat sabah gerçəkləşəcək.
Nə üçün bütün bunlar barədə bir qədər geniş yazdım!? Səbəb odur ki, onların məndən nə bir asılacağı, nə də mənə bir ehtiyacları var. Göstərilən qayğı və diqqətin başlıca bir səbəbi vardır ki, bu da sadəcə yüksək insanpərvərlik və ürək genişliyi ilə əlaqədardır. Görünür, keçmişlərdəki iynənin ucu qədər də olsa xidmətlərim unudulmayıb…
Prezidentin köməkçisi Anar Ələkbərova da bu çətin vaxtlarımda göstərdiyi köməyə görə dərin təşəkkürlərimi bildirirəm.

Eldar Sabiroğlu
Keçmiş millət vəkili, ehtiyatda olan polkovnik
P.S. “Hürriyyət” qəzeti olaraq sabiq millət vəkilinə Allahdan şəfa diləyirik!