SABİQ DEPUTAT İSTANBULDA BEYİN ƏMƏLİYYATI KEÇİRƏCƏK – Heydər Əliyev Fondu Eldar Sabiroğlunu Türkiyəyə göndərib

549

Sabiq millət vəkili, Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, ehtiyatda olan polkovnik Eldar Sabiroğlunun səhhətində problem yaranıb.

Hurriyyet.org xəbər verir ki, o, Heydər Əliyev Fondunun təşkilati və maliyyə dəstəyi ilə səhhətində yaranmış problemlə əlaqədar qardaş Türkiyəyə göndərilib.

Məlumata görə, Eldar Sabiroğlu bu həftənin cümə günü İstanbulda baş-beyin əməliyyatı keçirəcək.

Hürriyyət” qəzeti olaraq sabiq millət vəkilinə Allahdan şəfa diləyirik!