Sabiq baş qərargah rəisinin ÖLÜM SƏBƏBİ BİLİNDİ

42

Türkiyə Silahlı Qüvvələrinin sabiq baş qərargah rəisi İsmayıl Hakkı Karadayı ölüb.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Qeyd edək ki, Türkiyə tarixinə postmodern çevriliş adı ilə keçən “28 Fevral çevrilişi”nin günahkarları 2013-cü ildə məhkəmə qarşısına çıxarılıb.

Beş il davam edən məhkəmə prosesində Baş Qərargahın sabiq rəisi İsmayıl Hakkı Karadayı ömürlük həbs cəzasına məhkum edilib.

***

İsmayıl Hakkı Karadayı orqan çatışmazlığı və qan dövranı sistemində yaranmış infeksiyadan vəfat edib.

Bu barədə sabiq baş qərargah rəisinin müalicə aldığı xəstəxanadan məlumat yayılıb. \\Axar